Mamuka Baxtadze - Strasburqun qərarı onun təsdiqidir ki, Saakaşvili rejimi zamanı hüquqi dövlətimiz yox idi və vətəndaşların qətlinə, mülkiyyətinin əlindən alınmasına və işgəncə edilməsinə yol verilirdi

Dünənki gün və Strasburq məhkəməsinin qərarı onun təsdiqidir ki, Saakaşvili rejimi və “Milli Hərəkat”-ın iqtidarda olan zaman hüquqi dövlətimiz yox idi və vətəndaşların qətlinə, işgəncə edilməsinə, mülkiyyətinin zorla əlindən alınmasına yol verilirdi və bu bir həqiqətdir, – bu barədə bəyanatı baş nazir Mamuka Baxtadze jurnalistlərin suallarını cavablandırarkən verdi.

Mamuka Baxtadzenin dediyinə görə, indi “Milli Hərəkat” Avropa demokratiyasının əsaslandığı prinsiplərə ləkə yaxmağa çalışır.

“Rustavi-2” kanalından Nika Qvaramianın getdiyi üçün sevinib, sevinmədiyi ilə bağlı, jurnalist tərəfindən verilən suala isə, Mamuka Baxtadze belə cavab verdi:

“Xeyr. Biz gürcü idmançılarının beynəlxalq qələbələrinə, gürcü incəsənətinin müvəffəqiyyətlərinə sevinirik və gələcəkdə də millətimizlə bərabər, ölkəmizin işğaldan azad edilməsinə və yoxsulluğun aradan qaldırılmasına sevinəcəyik”.