Mamuka Baxtadze - sentyabrdan gürcü məktəblərinə Yakob Qoqebaşvilinin "Ana Dili" qayıdacaq, bütün birinci sinif şagirdləri onu pulsuz alacaqlar
Mamuka Baxtadze - sentyabrdan gürcü məktəblərinə Yakob Qoqebaşvilinin "Ana Dili" qayıdacaq, bütün birinci sinif şagirdləri onu pulsuz alacaqlar

Sentyabrdan gürcü məktəblərinə Yakob Qoqebaşvilinin “Ana Dili” qayıdacaq, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Varianidə, Yakob Qoqebaşvilinin ev-muzeyində bəyan etdi. Burada yeni tədris ilindən, məktəblərdə Yakob Qoqebaşvilinin “Ana Dilinin” adaptasiyalı versiyası ilə dönməsi ilə bağlı tədbir keçirildi.

Onun dediyinə görə, sentyabrdan Yakob Qoqebaşvilinin “Ana Dilini” bütün birinci sinif şagirdləri pulsuz alacaqlar.

“Burada böyük gürcü insanı anadan olmuşur. O, bizim hər birimizin sevdiyimiz kitabı, “Ana Dilini” yaratdı. Bu gün biz Yakob Qoebaşvilinin ev-muzeyindəyik və buradan bütün Gürcüstanı salamlamaq istəyirəm”, – baş nazir bəyan etdi.

Elə onun dediyinə görə sonra bütün gürcü təhsil sistemi məhz elə Yakob Qoqebaşvilinin “Ana Dili” prinsipləri üzərində əsaslandı.

Baş nazirin açıqlamasına görə, Gürcüstan Parlamenti artıq qərar qəbul etdi ki, ona da əsasən istinilən hakimiyyət borclu olacaqdır ki, büdcənin 25 faizini təhsilə, uşaqlara və gələcək nəsilə yönəltsin.