Mamuka Baxtadze - Sabiq iqtidarın "sıfır tolerantlıq" və "hərkəs həbsxanaya" adlı siyasətinin bizi nə günə qoyduğunu hər birimiz öz kürəyimizdə hiss etdik
Mamuka Baxtadze - Sabiq iqtidarın "sıfır tolerantlıq" və "hərkəs həbsxanaya" adlı siyasətinin bizi nə günə qoyduğunu hər birimiz öz kürəyimizdə hiss etdik

“Kimsə onu təqsdiqləməyə çalışmır ki, hər şey çox gözəl gedir və problemlər yoxdur”, – dedi baş nazir parlamentdə interpelyasiya qaydası ilə çıxış edən zaman, ölkədə kriminogen vəziyyət haqqında danışarkən.

Baş nazirin dediyinə görə, təəssüf ki, ölkədə hələ də kriminal mentalitetə loyal olan insanlar var və bu ciddi problem olaraq qalır.

“Ancaq digər tərəfdən, sabiq iqtidarın “sıfır tolerantlıq” və “hərkəs həbsxanaya” adlı siyasətinin bizi nə günə qoyduğunu hər birimiz öz kürəyimizdə hiss etdik” – dedi Mamuka Baxtadze.

Baş nazirin dediyinə görə, kriminal ilə mübarizə insanları qətlə yetirərək və onların ləyaqətini alçaldaraq, aparılmamalıdır.

“Kriminal ilə hökümətin mübarizəsi davam edir. Bu məsələ ilə bağlı başladılan tədbirlərimiz və islahatlar müvəffəqiyyətlə davam edir və bütün bunlar mütləq bizi efektiv və keyfiyyətli nəticəyə gətirib çıxardacaq, ki bu Gürcüstanda təhlükəsiz mühitin təmin edilməsi üçün əhəmiyyətli bir şərtdir” – dedi Mamuka Baxtadze.

Şərh yaz