Mamuka Baxtadze - Rusiya aqressiv addımlar atır, bizim cavabımız demokratiyanın konsolidasiyası və iqtisadiyyatın inkişafının sürətləndirilməsidir
Mamuka Baxtadze - Rusiya aqressiv addımlar atır, bizim cavabımız demokratiyanın konsolidasiyası və iqtisadiyyatın inkişafının sürətləndirilməsidir

Rusiya Gürcüstana qarşı aqressiv addımlar atır. Bizim cavabımız isə, demokratiyanın konsolidasiyası və iqtisadiyyatın inkişafının sürətləndirilməsidir,- bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Davosda bəyan etdi.

Mamuka Baxtadzedən Gürcüstanın NATO-ya inteqrasiyası barəsində sual verdilər.

Gürcüstanın baş nazirinin bəyan etdiyinə görə, Avropa ailəsinə üzvlük Gürcüstanın sivil seçimidir.

“Təəssüflər olsun ki, Rusiya yenə də Gürcüstana qarşı aqressiv addımlar atır. Bizim cavabımız isə, demokratiyanın konsolidasiyası və iqtisadiyyatın inkişafının sürətləndirilməsidir”, – Mamuka Baxtadze bəyan etdi.

Bununla yanaşı baş nazir hesab edir ki, Gürcüstanın NATO-ya üvlüyü bölgənin maraqlarındadır, çünki bölgə daha proqnozlaşdırılmış və davamlı olacaq.