Mamuka Baxtadze Roman Qotsiridzeyə - Yadınızda saxlayın ki, kriminal ilə mübarizə Gürcüstanda heç bir zaman insan hüquqlarının pozulması xərcinə olmayacaq
Mamuka Baxtadze Roman Qotsiridzeyə - Yadınızda saxlayın ki, kriminal ilə mübarizə Gürcüstanda heç bir zaman insan hüquqlarının pozulması xərcinə olmayacaq

Statistika göstərir ki, kriminogen vəziyyət Gürcüstanda sizin abartaraq, təsvir etdiyiniz qədər pisləşməyib, – bu bəyanatla Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament iclasında, “Milli Hərəkat”-ın üzvü Roman Qotsiridzeyə cavab verdi.

Mamuka Baxtadzenin qeyd etdiyi kimi, iqtidar üçün əsas dəyər insandır və insan hüquqlarının qorunmasıdır.

“Bugünki statistika dəyişirilməyib. Sadəcə olaraq, siz zamanında gerçək vəziyyəti gizlətmək üçün və statistikayı dəyiştirmək üçün cəsədləri gizlədirdiniz” – dedi Mamuka Baxtadze.

Baş nazirin dediyinə görə, kriminal ilə mübarizə insan hüquqlarını pozaraq aparılmamalıdır.

“Keçmişdəki vəziyyət Gürcüstana qayıtmayacaq. Kriminal ilə mübarizəyə sərt şəkildə davam edəcəyik, ancaq bunu, insan hüquqlarının yüksək standartlarını qoruyaraq, kimsənin ləyaqətinə zərər vermədən edəcəyik və ictimaiyyətimiz də əmin olacaq ki, yeganə doğru yol budur” – dedi aş nazir.