Mamuka Baxtadze rəsmi səfərlə Ermənistana gedəcək
Mamuka Baxtadze rəsmi səfərlə Ermənistana gedəcək

Gürcüstanın baş  naziri, Mamuka Baxtadze bu gün rəsmi səfərlə Ermənistan Respublikasına gedəcək.

Gürcüstanın baş  nazirinin mətbuat xidmətindən Birinci Kanala bildirdiklərinə görə,  Ermənistan Respublikasının hökumət evində Gürcüstanın baş  nazirinin rəsmi qarşılama mərasimi keçiriləcək.

Hökumət başçısına erməni həmkarı, Nikol Paşinyan ev sahibliyi edəcək. İki ölkə hökumət başçısının üz-üzə görüşü planlaşdırılıb.

Görüşdən sonra Mamuka Baxtadze və Nikol Paşinyan media üçün bəyanatlar verəcəklər.

Rəsmi səfər çərçivəsində Gürcüstanın baş  naziri Ermənistan Respublikasının prezidenti, Armen Sarkisiyan və parlamentin sədri, Ara Babloyan ilə görüşlər keçirəcək.

Gürcüstan nümayəndə heyətinə Xarici İşlər naziri, David Zalkaliani və Parlamentin sədr müavini, Giorgi Volski daxildilər.