Mamuka Baxtadze - opponentlərimizin illüziyaları olmasın ki, ictimai həyata disonans gətirəcəklər
Mamuka Baxtadze - opponentlərimizin illüziyaları olmasın ki, ictimai həyata disonans gətirəcəklər

İctimaiyyət hər şeyi çox yaxşı dəyərləndirir – reallıq və mistika arasında sərhəd harda keçir, – Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistin sualına ki, Mirza Subeliani öz yaxalanmasını hökumət və Dİ naziri ilə razılaşdırılmış fakt adıandırır, bu cür cavab verdi.

“İlk növbədə qeyd etməliyik ki, Prokurorluq bəyanat yaydı və bu məsələ üzrə istintaqa gördüyümüzdən bir neçə gün əvvəl başladı. Çox konkret nümunə gətirmək istəyirəm. Bu gün Kaxi Kaxişvili bu məsələ barəsində bəyanat da verdi ki, bu insanla fiziki interaksiyası olmayıb. Müvafiq olaraq onun söhbətinin və onun dediyi faktların əksəriyyətində illüziya var.

Əsas bu deyil, əsas odur ki, bənzər faktlarla təəssüflər olsun, ictimai həyata disonans gətirməyə çalışırlar. Birbaşa demək istəyirəm, bunun illüziyaları olmasın”, – Mamuka Baxtadze bəyan etdi.

Baş nazirin dediyinə görə, insanların müəyyən hissəsində reallığın modelləşdirməsi hobbiyə çevirildi.

“Tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, seçkilər dinc və azad mühitdə keçiriləcək. Sözsüz ki, ən əsası seçkilər günü gürcü milləti öz seçimini edəcək”, – Baxtadze qeyd etdi.