Mamuka Baxtadze - Ölkədə prezident seçkiləri baş tutdu və Salome Zurabişvili 20%-lik fərqlə qalib oldu
Mamuka Baxtadze - Ölkədə prezident seçkiləri baş tutdu və Salome Zurabişvili 20%-lik fərqlə qalib oldu

Gürcüstanın baş naziri Mamuka Baxtadze prezident seçkilərinin ikinci turunda yüksək fəallıq göstərdikləri üçün seçicilərə təşəkkür etdi.

Mamuka Baxtadzenin bugünki brifinqdə bəyan etdiyinə görə, MSK tərəfindən səslərin 100 faizi hesablanıb və prezident seçkiləri müvəffəqiyyətlə baş tutdu.

“Salome Zurabişvili təqribən 20 faizlik fərq ilə qalib oldu. Xanım Salomeyi bu qələbə ilə yenə bir dəfə təbrik edirəm və ona prezident postunda müvəffəqiyyətlər arzulayıram” – dedi baş nazir.