Mamuka Baxtadze - nəticələri müsbət olan şaxtanın məhəllələrində işlər bərpa olunacaq
Mamuka Baxtadze - nəticələri müsbət olan şaxtanın məhəllələrində işlər bərpa olunacaq

Mindeli şaxtası barəsində mühəndislik nəticəsi dekabrda məlum olacaq, bundan sonra nəticələri müsbət olan şaxtanın məhəllələrində işlər bərpa ediləcəkdir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan etdi.

Bundan başqa, hökumət başçısı qeyd etdi ki, gələn ildən gec olmayaraq, şaxtanın inkişafının uzunmüddətli strategiyası yaradılmalıdır.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Mamuka Baxtadze şaxtaçılara məlumat verdi ki, gələn ildən Tkibulidə yeni tekstil fabrikasının tikintisinə başlanacaq ki, burada da yeni iş yerləri yaranacaq. Layihənin sərmayə dəyəri ilk mərhələdə 5 milyon dollardır və onu “Partnyorluq Fondu” Çinli sərmayədarlarla birlikdə həyata keçirəcək.

Hökumət başçısının şaxtaçılarla görüşü sual-cavab rejimində keçirildi və burada Sozar Subari və Şalva Tabatadze iştirak edirdilər.