Mamuka Baxtadze - NATO Gürcüstana və bütün regiona lazım olan sabitliyi və firəvanlığı gətirəcək
Mamuka Baxtadze - NATO Gürcüstana və bütün regiona lazım olan sabitliyi və firəvanlığı gətirəcək

Gürcüstan iqtidarının əsas prioriteti NATO və Avropa İttifaqının tam hüquqlu üzvlüyünü əldə etməkdir, – bu barədə bəyanatı Blumberqlə müsahibə zamanı, Mamuka Baxtadze verdi.

Gürcüstanın baş naziri hesab edir ki, ölkənin şimali-atlantika alyansına qoşulması regionun firəvanlığına və stabilliyinə yardımçı olacaq.

Gürcüstanın baş naziri iqtisadi istiqamətlər haqqında da danışdı.

Türkiyənin maliyyə problemlərinin Gürcüstan iqtisadiyyatına təsir verib-vermədiyi ilə bağlı suala cavab olaraq isə, baş nazir qeyd etdi ki, Gürcüstan iqtisadiyyatı dahada gücləndi.

Mamuka Baxtadzenin dediyinə görə, Beynəlxalq Valyuta Fondu Gürcüstanla bağlı proqnozunu yeniləşdirdi və cari ildə, Gürcüstanda iqtisadi artımın 5.5 faiz olacağını bildirdi.

Həmçinin, proqnozlara əsasən, növbəti dörd il ərzində, Gürcüstan iqtisadi artım baxımından regionda lider olacaq.

Baş nazir qeyd etdi ki, Gürcüstan regional pab olmağı məqsədləyir.