Mamuka Baxtadze müsəlman vətəndaşları Ramazan bayramı münasibəti ilə təbrik etdi
Mamuka Baxtadze müsəlman vətəndaşları Ramazan bayramı münasibəti ilə təbrik etdi

Gürcüstanın baş naziri Mamuka Baxtadze müsəlman vətəndaşları Ramazan ayının başa çatması və Ramazan bayramı münasibəti ilə təbrik etdi.

“Hər bir müsəlman vətəndaşımızı böyük dini bayram olan Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Bayramınıza mən də qoşuluram və hər  birinizə sülh və xöşbəxtlik arzu edirəm.

Ölkəmizə və ailələrinizə sülh içində sabit gələcək və müvəffəqiyyətlər arzu edirəm” – deyilir Mamuka Baxtadzenin təbrik məktubunda.