Mamuka Baxtadze Monrealda Amerikanın Beynəlxalq İqtisadi Forumunun prezidenti ilə görüşdü
Mamuka Baxtadze Monrealda Amerikanın Beynəlxalq İqtisadi Forumunun prezidenti ilə görüşdü

Gürcüstanın baş naziri, Mamuka Baxtadze Monrealda Amerikanın Beynəlxalq İqtisadi Forumunun prezidenti ilə görüşdü.

Nikolas Remilard Mamuka Baxtadzeyə forumda iştirak etməsinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, baş nazirin çıxışı Gürcüstanda sərmayələrlə maraqlanan bizneşmenlər üçün önəmli ismarıc olacaq.

Görüş zamanı hökumət başçısı Gürcüstanda mövcud olan sərmayə mühiti barəsində söhbət etdi.

Gürcüstanın baş naziri Kanadada, Monreal şəhərində Amerikanın Beynəlxalq İqtisadi Forumunda iştirak edir.

Monreal konfransı bu gün açılır və iyunun 13-də başa çatacaq.