Mamuka Baxtadze Litvada görüşlər keçirəcək
Mamuka Baxtadze Litvada görüşlər keçirəcək

Gürcüstanın baş naziri, Mamuka Baxtadze Litva Respublikasında rəsmi səfər çərçivəsində bu gün görüşlər keçirəcək.

Hökumət başçısı Litvaya dünən axşam yola düşdü. Mamuka Baxtadzeni aeroportda Litva Respublikasının Müdafiə naziri qarşıladı.

Mamuka Baxtadzeyə Litvanın baş naziri ev sahibliyi edəcək. Üzbəüz və genişləndirilmiş formatda görüşlər keçiriləcək. Bundan sonra media üçün bəyanatlar veriləcək.

Gürcüstanın baş nazirinin Litva prezidenti, Dalya Qribauskayte ilə görüşü planlaşdırılıb.

Rəsmi səfər çərçivəsində Mamuka Baxtadze Vilnyus Univeristetinə də qonaq olacaq.