Mamuka Baxtadze - Kreditlərin ümumi həcmindən cərimənin hesablanması kreditorlara qadağan ediləcək
Mamuka Baxtadze - Kreditlərin ümumi həcmindən cərimənin hesablanması kreditorlara qadağan ediləcək

Kredit verənlər hüquqi şəxslərə, kredit cərimələrin ümumi kredit həcmindən hesablanması qadağan ediləcək.

Bu barədə bəyanatı Maliyyə Naziri Mamuka Baxtadze verdi.

Mamuka Baxtadzenin dediyinə görə, cərimələrin hesablanmasının mövcud olan sistemi ləğv olunacaq.

Maliyyə nazirinin bəyanatına görə, indiyə qədər, ödəmə vaxtını keçən cərimələr kredit məbləğinin ümumi (tam) kredit həcmindən hesablanırdı.

“Bu ədalətsiz bir moment idi. Yeni requlyasiyalara əsasən, cərimə sadəcə kreditin qalan məbləğindən hesab ediləcək.

Məsələn 1000 larilik kredit alan şəxs 800 lariyi artıq ödəyibsə, onun cərimələri 1000 laridən deyil, 800 laridən hesablanacaq” – dedi Maliyyə Naziri.