Mamuka Baxtadze - komandamızı Tea Sulukianisiz təsəvvür edə bilmirəm
Mamuka Baxtadze - komandamızı Tea Sulukianisiz təsəvvür edə bilmirəm

Tea Sulukiani ilk günlərdən komandamızın üzvüdür, əldə etdiyimiz uğurlarda onun töfhəsi böyükdür, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze hökumət iclasının başlamasına qədər keçirilən mətbuat konfransında bəyan etdi.

“Mənim, bir hökumət başçısı kimi borcumdur, məsələni cəmləşdirəm. Məsələ başa çatdırılıb və müvafiq olaraq gündəmdə durmur”, – Mamuka Baxtadze bəyan etdi.

Suala ki, Tea Sulukianiyə həbsxanaların idarəsi imkanı verilmir və onun narazılığı məhz bununla bağlıdır, Mamuka Baxtadze bəyan edir: “Bu terminologiya idarə üsuluna müvafiq deyil. Heçkim ultimatum irəli sürmür. Məsələ peşəkar məsələsinə fikir müxtəlifliyinə aid idi. Qərarı ən yaxşı təcrübəyə əsaslanaraq qəbul etdik”.

Elə onun dediyinə görə, hökumət nümayəndələri arasında hər bir təşəbbüs ətrafında disskusiya və mübahisə aparılır.

“Siz komandamızı Tea Sulukianisiz təsəvvür edə bilirsininzmi? Mən həqiqətən təsəvvür edə bilmirəm. Tea Sulukiani çox layiqli insandır. Həyata keçirilmiş islahatlarda onun töfhəsi böyükdür”, – Baxtadze bəyan etdi.