Mamuka Baxtadze - Çox borcluluq faktoru ictimaiyyətdə ona görə, artdı ki, gəlir həcmini təsdiqləyən sənədi kimsə tələb etmirdi
Mamuka Baxtadze - Çox borcluluq faktoru ictimaiyyətdə ona görə, artdı ki, gəlir həcmini təsdiqləyən sənədi kimsə tələb etmirdi

Çox borcluluq probleminin aradan qaldırılması üçün iqtidarın iqtisadi dəstəsi milli bankla bərabər yeni sənəd üzərində işləyir, hansı ki, qüvvəyə cari ilin may ayından sonra gələcək, – bu barədə Maliyyə Naziri Mamuka Baxtadze öz Facebook səhifəsinin canlı yayımından verdi.

Onun dediyinə görə, ictimaiyyət və əhali üçün çox borcların yığılması çox ciddi və ağrılı problemdir və onun həll edilməsi üçün sistemli yanaşma  və birgə əməkdaşlıq lazımdır.

“Çox borcluluq ictimaiyyətdə ona görə, yığıldı ki, kredit alarkən kimsə illər ərzində gəlirlər sənədini tələb etməyib. Bu qeyri-məqbul, yanlış praktikadır və mütləq tənzimlənməlidir” – dedi nazir.

Onun dediyinə görə, bu problemin aradan qaldırılması üçün iqtidarın iqtisadi dəstəsi Milli Bankla bərabər çox ciddi sənəd üzərində işləyir.

“Cəmiyyətdə çox borcların yığılması ciddi problemdir və yeni requlyasiya çox borcların yığılması probleminin prevensiyasını həyata keçirəcək” – dedi nazir.