Mamuka Baxtadze - Çalışacam ki, Gürcüstanı üç rəqəmlə yaddaşlarda saxladam, bunlar 1, 28 və 8 000-dir
Mamuka Baxtadze -  Çalışacam ki, Gürcüstanı üç rəqəmlə yaddaşlarda saxladam, bunlar 1, 28 və 8 000-dir

Mən çalışacam ki, Gürcüstanı üç rəqəmlə yaddaşlarda saxladam. Bu rəqəmlər 1, 28 və 8000-dir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Kaliforniyanın Commonwealth club-unda çıxış edərkən verdi və bu üç rəqəmin Gürcüstan üçün olan əhəmiyyətini açıqladı.

“İlk rəqəm 1-dir və onu işarət edir ki, Gürcüstanda və bütün Qafqaz regionunda ilk dəfə qadın prezident var və o altı illik müddət ilə seçilib.

İkinci rəqəm 28-dir, – məhz 28 ildir ki, Gürcüstan Sovet İttifaqından azad oldu və inkişaf yoluna doğru getməyə başladı.

Qürürla deyə bilərəm ki, bütün bu illər ərzində, Amerika birləşmiş Şatatları Gürcüstanın yanında idi” – dedi baş nazir.

Baş nazirin adlandırdığı növbəti rəqəm 8000 -dir, hansı ki, Gürcüstanda şərab mədəniyyətinin mövcud olduğu müddəti göstərir.

Dövlət başçısının dediyinə görə, gürcü milləti sınmayan, qırılmayan, sadiq, optimist və özünə güvənən millətdir, ancaq hələdə ağır problemlər qarşısında durur. Bu haqda bəhs edərək, baş nazir Gürcüstanın 20 faizin Rusiya tərəfindən işğal edildiyini xatırlatdı.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.