Mamuka Baxtadze -işğal bizim ən böyük ağrımızdır və bu qələbə hamımızı birləşdirməlidir
Mamuka Baxtadze -işğal bizim ən böyük ağrımızdır və bu qələbə hamımızı birləşdirməlidir

Gürcüstanın keçmiş baş naziri, Mamuka Baxtadze 2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi qərarına sosial şəbəkəsi vasitəsilə əks səda verir və qeyd edir ki, bu gün tarixi gündür.

Baxtadze Ədliyyə Nazirliyinin komandasına və illər ərzində bu qələbənin nail olunması üçün əmək qoyan hər bir insana təşəkkürünü bildirir.

“Bu gün tarixi gündür, qələbə münasibətilə təbrik edirəm! Ədliyyə Nazirliyinin komandasına və illər ərzində bu qələbənin nail olunması üçün əmək qoyan hər bir insana xüsusi təşəkkürümü bildirirəm. İşğal bizim ən böyük ağrımızdır və bu qələbə hamımızı birləşdirməlidir!”, – Baxtadze yazır.

2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi qərarını elan etdi. Strasburq Məhkəməsi Gürcüstanın tələbi ilə razılaşdı ki, Rusiya avqust müharibəsi zamanı İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.

Şərh yaz