Mamuka Baxtadze - Hərkəsdən xahiş edirəm ki, delimitasiya komisiyasına və müvafiq idarələrə normal rejimdə işləmələri üçün imkan versinlər
Mamuka Baxtadze - Hərkəsdən xahiş edirəm ki, delimitasiya komisiyasına və müvafiq idarələrə normal rejimdə işləmələri üçün imkan versinlər

Hərkəsdən xahiş edirəm ki, delimitasiya komisiyasına və müvafiq idarələrə normal şəkildə işləmələri üçün imkan versinlər , – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Davit Qareci məsələsi ilə bağlı verilən suala cavab olaraq verdi.

Onun dediyinə görə, müvafiq idarələr Azərbaycanlı həmkarları ilə intensiv əlaqədədirlər və məsələnin həlli üçün çalışırlar.

Mamuka Baxtadzenin qeyd etdiyinə görə, iki gün bundan öncə Davit Qarecidə xoşa gəlməz insindent baş verdi, ancaq hazırda problem həll olunub.

“Delimitasiya komisiyası yaxın günlərdə işini təzələyəcək və təbii ki, komisiya görüşlərinin hesabatı da bizdə var. Müvafiq idarələr öz Azərbaycanlı həmkarları ilə hər günlük rejimdə ünsiyyətdədirlər.

Hərkəsə müraciət etmək istəyirəm ki, bu çox həssas bir məsələdir və müvafiq idarələrə və delimitasiya komisiyasına normal rejimdə işləmələri üçün imkan verək” – dedi baş nazir.