Mamuka Baxtadze - hər bir gürcüyə müraciət etmək istəyirəm, dostlar, mütləq Mutsoya gəlin
Mamuka Baxtadze - hər bir gürcüyə müraciət etmək istəyirəm, dostlar, mütləq Mutsoya gəlin

Mutso Gürcüstan üçün, eyni zamanda dünya mədəniyyəti və Avropa sivilizasiyası üçün fəxr əlamətidir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Mutsoda bəyan etdi.

Baş nazirin dediyinə görə, 2016-cı ildə başlayan Mutsonun xilas edilməsi proqramı, uğurla davam etdirilir.

Onun qeyd etdiyinə görə, dağ kurortunun inkişafı proqramına qarşı çox skeptisizm var idi və əsas qələbədir ki, kökləri qeyd olunan gözəl bölgədən olan gürcü gəncləri, öz əcdadlarının torpaqlarında yaşamaq qərarını qəbul edirlər.

Baş nazirin əlavə etdiyinə görə, hökumət hər şeyi etməlidir ki, onlara müvafiq şərait yaradılsın.

Bununla yanaşı Mamuka Baxtadze yerli əhaliyə minnətdarlığını bildirdi və qeyd etdi ki, onlar dağı, gürcü ənənələrini, mədəni abidələrini qoruyub saxladılar.