Mamuka Baxtadze - Gürcüstanda dərin su limanının tikintisi fonunda, Konstantsa limanı ilə əlaqələrə xüsusi əhəmiyyət veririk
Mamuka Baxtadze - Gürcüstanda dərin su limanının tikintisi fonunda, Konstantsa limanı ilə əlaqələrə xüsusi əhəmiyyət veririk

Gürcüstan və Rumıniya arasında siyasi dialoq bu gün yüksək səviyyədədir, bizim üçün əhəmiyyətlidir ki, iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirək, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Rumıniyada, həmkarı Vasilika-Viorika Dençela ilə görüşdən sonra, birgə mətbuat konfransında bəyan etdi.

Onun dediyinə görə, Gürcüstan hazırdır ki, ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün ambisiyalı gündəmi olsun.

Elə onun qeyd etdiyinə görə, Gürcüstan limanları və Konstatsa limanı arasında əlaqələrə xüsusi əhəmiyyət verilir.

“Gürcüstanda dərin su limanının tikintisi fonunda, Konstantsa limanı ilə əlaqələrə xüsusi əhəmiyyət veririk. Bununla yanaşı bizim, iqtisadiyyatda innovasiya layihələrimiz var”, – baş nazir bəyan etdi.

Baxtadzenin qeyd etdiyinə görə, Gürcüstanın istəyidir ki, Rumıniya ilə ikitərəfli əlaqələrin strateji keyfiyyəti olsun.

Gürcüstanın baş naziri Rumıniyalı həmkarına ev sahibliyi üçün minnətdarlığını bildirdi.