Mamuka Baxtadze - Gürcüstan təsdiqlədi ki, çox önəmli və fundamental islahatlar həyata keçirə bilər
Mamuka Baxtadze - Gürcüstan təsdiqlədi ki, çox önəmli və fundamental islahatlar həyata keçirə bilər

Gürcüstan bugün Şərq Partnyorluğunda ən müvəffəqiyyətli ölkələrdən biri hesab edilir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərlə Brüsselə səfərini dəyərləndirərkən verdi.

“Bugün Brüsseldə “Şərq partnyorluğu”-nun tədbirində iştirak etdik. Bu bizim tarix üçün çox önəmli bir gündür. Bugün məhz Gürcüstan Şərq Partnyorluğunda ən müvəffəqiyyətli ölkələrdən biri hesab edilir. Biz Asosiasiya Müqaviləsi, Avropa ilə azad ticarət və vizaliberalizasiya kimi önəmli nəticələr aldıq. Ancaq bugün biz bəyan etdik ki, Avropa ilə daha artıq inteqrasiya üçün hazırıq” – dedi Mamuka Baxtadze.

Onun dediyinə görə, Gürcüstan təsdiqlədi ki, çox önəmli və fundamental islahatları həyata keçirə bildi və ən əsası da odur ki, Avropalı dostlar bütün bunları çox müsbət dəyəndirirlər.

Brüsseldə bugün “Şərq partnyorluğunun” 10 illik yubileyinə həsr olunan yüksək səviyyəli konfrans həyata keçirildi.

Avropa İttifaqı və “Şərq Partnyorluğu”-nun gələcək münasibətləri müzakirə edilən konfransı Avropa İttifaqının prezidenti Jan Klod Yunker açdı.

Şərh yaz