Mamuka Baxtadze - Gürcüstan, səhiyyə servislərinin çatdırılması baxımından da bölgə lideri olmalıdır
Mamuka Baxtadze - Gürcüstan, səhiyyə servislərinin çatdırılması baxımından da bölgə lideri olmalıdır

Önəmli məqsəddir ki, Gürcüstan, səhiyyə servislərinin çatdırılması baxımından da bölgə lideri olmalıdır, – bu barədə Gürcüstanın baş naziri,  Mamuka Baxtadze “Nyu Hospitalsın” yeni korpusunun açılışında bəyan etdi.

Çoxprofilli klinikanın yeni korpusunun açılışında baş nazir və Səhiyyə naziri, David Sergeenko iştirak edirdilər.

“Bu gün “Nyu Hospitalsa” yeni korpus əlavə olundu. Burada səhiyyənin yeni istiqamətləri təqdim olunacaq. İllərdir ki, qeyd olunan klinika vətəndaşlarımızın sağlamlığı qayğısına qalır. Mənim üçün, vətəndaşlara daha yaxşı servislərin çatdırılması ilə bağlı olan istənilən aktivlik sevindiricidir. Səhiyyə, siyasi komandamızın prioritetidir”, – baş nazir bəyan etdi.

Mamuka Baxtadzenin bəyan etdiyinə görə, bənzər layihələrə özəl bölmənin sərmayəsi, eləcə də dövlət tərəfindən dəstək əhəmiyyətlidir.