Mamuka Baxtadze - gürcü diplomatlarının vətənə qarşı sədaqətliyi onun zəmanətidir ki, beynəlxalq arenada maraqların müdafiəsini uğurla həyata keçirəcəyik
Mamuka Baxtadze - gürcü diplomatlarının vətənə qarşı sədaqətliyi onun zəmanətidir ki, beynəlxalq arenada maraqların müdafiəsini uğurla həyata keçirəcəyik

Gürcü diplomatlarının vətənə qarşı sədaqətliyi onun zəmanətidir ki, beynəlxalq arenada maraqlarımızın müdafiəsini uğurla həyata keçirəcəyik, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze hərillik “Səfirlərin konfransı 2018”-də nitqlə çıxış edərkn bəyan etdi.

Baş nazir, gürcü diplomatlarının bu il onların olduğu çağırışları barəsində danışdı.

“Bildiyiniz kimi, Gürcüstan bu il Avropa və Avroatlantik strukturlarna inteqrasiya yolunda əhəmiyytli addımlar atdı. Təxminən bir ay bundan əvvəl biz Brüsseldə nadir formatlı görüş keçirdik. Bu formatlı görüş, Avropa İttifaqının Gürcüstana qarşı dəstəyini təsdiq edir.

Həmçinin, 11-12 iyulda keçirilən NATO-Gürcüstan sammiti xüsusilə qeyd olunasıdır. Burada ilk dəfə Şimali Atlantik Alyansının Gürcüstan və Ukrayna dövlət başçıları səviyyəsində görüşü oldu”, – Mamuka Baxtadze qeyd etdi.

Onun dediyinə görə, gürcü diplomatlarının Gürcüstanın suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün sülh yolu ilə bərpası işində tövhələri böyükdür.

Elə onun dediyinə görə, keçən il əsas strateji partnyor – Amerika Birləşmiş Ştatları ilə əlaqələrimiz daha da sıx oldu.

Baş nazirin bəyan etdiyinə görə, bu ilki il iqtisadi diplomatiya baxımından da qeyd olunasıdır.