Mamuka Baxtadze gürcü biznesmenlərinə müraciət edir ki, ƏDV-nin qaytarılması prosesində aktiv şəkildə iştirak etsinlər
Mamuka Baxtadze gürcü biznesmenlərinə müraciət edir ki, ƏDV-nin qaytarılması prosesində aktiv şəkildə iştirak etsinlər
Gürcüstanın baş naziri Mamuka Baxtadze,  istehsalçılar və gürcü şirkətlərinə müraciət edir ki, ƏDV-nin qaytarılması prosesində aktiv şəkildə iştirak etsinlər.
 Mamuka Baxtadzenin bu gün keçirilmiş brifinqdə bəyan etdiyinə əsasən, ƏDV-nin qaytarılması cari ilin bir yanvarından başladı və özəl sektor üçün 280 milyon lari qaytarılıb.

“Biz cari ilin yanvar ayından, ƏDV haqqında  önəmli addım atmağa başladıq. Bu günki vəziyyətlə demək olar ki, 280 milyon lari özəl sektora qaytarılıb, lakin, burada da müəyyən stereotiplər yarandı. Təəsüf ki, bu sahədə keçmiş hakimiyyət dövründə bu proseslə bağlı ürəkaçan vəziyyət mövcud deyildi. ƏDV-nin qaytarılması, birbaşa müəssisəyə vergi orqanının və ya maliyyə polisnin daxil olması ilə əlaqədar idi. Nəticədə gürcü biznesi zərər gördü. İstehsalçılara müraciət edirəm ki, aktiv olsunlar. Məqsədimiz, gürcü şirkətlərinə cari il ərzində yarım milyard lariyə kimi qaytarılmasıdır”,- Mamuka Baxtadze bəyan etdi.