Mamuka Baxtadze - Etnik diskriminasiya yolu ilə, Rusiya gürcü identliyini tamamən yox etməyə çalışır, ancaq biz buna izin verməyəcəyik
Mamuka Baxtadze - Etnik diskriminasiya yolu ilə, Rusiya gürcü identliyini tamamən yox etməyə çalışır, ancaq biz buna izin verməyəcəyik

Bütün tərəqqilərimizə baxmayaraq, işğal altında olan ərazilərimizdə insan hüquqları ilə bağlı ciddi problemlərimiz var, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Avropa Şurasının Parlament Assambleyasının iclasında nitqlə çıxış edərkən verdi.

Onun dediyinə görə, Gürcüstan ərazilərinin 20 faizi Rusiya Federasiyası tərəfindən işğal olunub.

Baş nazir işğal xəttinin yanından insanların qaçırdılması faktları və həmçinin, Arçil Tatunaşvilinin, Giqa Otxozorianın və İrakli Kvaratsxelianın qətlə yetirilməsi ilə bağlı da danışdı.

“İnsan hüquqlarının kobud şəkildə pozulması faktlarına qarşı hamımız birləşməliyik ki, məhkəmə aliliyinin ciddiyə alınmamasına göz yummayaq” – dedi Baş nazir.