Mamuka Baxtadze - Əminəm ki, Zaur Darğallı bizimlə bərabər Marneulidə mövcud olan bütün problemləri həll edəcək
Mamuka Baxtadze - Əminəm ki, Zaur Darğallı bizimlə bərabər Marneulidə mövcud olan bütün problemləri həll edəcək

“Mayın 19-da siz yeni mer seçəcəksiniz, hansı ki, munisipalitetinizdə mövcud olan problemlərin həlli üçün məsuliyyətli olacaq. Sizin tövsiyyənizlə biz layiqli namizəd seçdik” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Marneulidə “Gürcü Arzusunun” mer namizədini təqdim edərkən verdi.

“Zaur Darğallı Marneulidə doğulub, böyüyən, öz işinin həqiqi professiyonalı, layiqli, dürüst və energiyalı bir gəncdir. Əminəm ki, Zaur munisipalitetiniz üçün çox yaxşı mer olacaq” – dedi Mamuka Baxtadze.

Mamuka Baxtadze yerli əhaliyə göstərdikləri dəstək üçün təşəkkür etdi.