Mamuka Baxtadze - Demokratik proseslər üçün daha yaxşı olar ki, "Gürcü Arzusunun" prezident seçkilərində namizədi olmasın
Mamuka Baxtadze - Demokratik proseslər üçün daha yaxşı olar ki, "Gürcü Arzusunun" prezident seçkilərində namizədi olmasın

Gürcüstanın baş naziri Mamuka Baxtadze hesab edir ki, prezident seçkilərində “Gürcü Arzusunun” öz namizədi olmasa daha yaxşı olar.

Mamuka Baxtadze bugün keçirilən brifinqdə bəyan etdi ki, “Gürcü Arzusunun” bir neçə namizədi var hansı ki, seçkilərdə problemsizcə yaxşı nəticə ala bilər, ancaq “Gürcü Arzusunun” parlamentdə konstitusiya əksəriyyəti olduğu fonunda daha yaxşı olar ki, onun prezident namizədi olmasın.

“Gürcü Arzusunun” fəlsəfəsi odur ki, həqiqi Avropalı parlament demokratiyasını və parlament respublikasını yaradaq. Parlamentdə əksəriyyət olduğumuz halda, prezident seçkilərində namizədimiz olmasa daha yaxşı olar” – dedi Baxtadze.