Mamuka Baxtadze - Bütün partnyorlardan xahiş edirik ki, daha da genişlənən "Otxozoria-Tatunaşvili siyahısını" nəzərə alsınlar
Mamuka Baxtadze - Bütün partnyorlardan xahiş edirik ki, daha da genişlənən "Otxozoria-Tatunaşvili siyahısını" nəzərə alsınlar

Bütün partnyorlardan xahiş edirik ki, daha da genişlənən “Otxozoria-Tatunaşvili siyahısını” nəzərə alsınlar – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Muxatqverdi qardaş qəbristanlığında verdi.

“Bugün Arçil Tatunaşvilinin qəddarca öldürülməsindən bir ili keçdi. Bir il bundan öncə, işğalçı rejim bizim yenə bir vətəndaşımızı qurban etdi. Ona öncə işgəncə etdilər, sonra isə, öldürdülər. Arçil Tatunaşvili gürcü qəhramanıdır, çünki ona işgəncə edənlər onun ruhunu sındıra bilmədilər.

Tatunaşvilinin qətli ilə bağlı istintaq hələ davam edir və bütün partnyorlardan xahiş edirik ki, getdikcə daha da genişlənən “Otxozoria-Tatunaşvili siyahısını” nəzərə alsınlar.

Biz bütün platformalardan istifadə edirik ki, bu haqda məlumatı dünya ictimaiyyətinə çatdıraq” – dedi Mamuka Baxtadze.