Mamuka Baxtadze - Bugün bu tribunadan abxaz və osetin vətəndaşlarımıza müraciət edirəm, bizim başarılarımız, sizin də başarınızdır
Mamuka Baxtadze - Bugün bu tribunadan abxaz və osetin vətəndaşlarımıza müraciət edirəm, bizim başarılarımız, sizin də başarınızdır

İqtidarımız “Daha yaxşı gələcək üçün” adlı yeni sülh təşəbbüsü hazırladı, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Avropa Şurasının Parlament Assambleyasının iclasında nitqlə çıxış edərkən verdi.

Baş nazirin dediyinə görə, bu təşəbbüslə, Gürcüstan iqtidarı işğal altında olan ərazilərdə yaşayan əhaliyi səhiyyə və təhsil xidmətləri ilə təmin etməyə çalışır.

Onun dediyinə görə, o bu münaqişənin sadəcə sülh yolu ilə həllinə inanır.

Baş nazir osetin və abxaz vətəndaşlara müraciət etdi.

“Bugün bu tribunadan abxaz və osetin vətəndaşlarımıza müraciət edirəm, bizim başarılarımız, sizin də başarınızdır! Bizim tək gələcəyimiz, sizinlə bərabər birləşmiş və firəvan Gürcüstanda yaşamaqdır” – dedi Mamuka Baxtadze.