Mamuka Baxtadze - bu il, cürətlə bəyan edə bilərək ki, Asiya böcəyi probleminin həlli sona çatmağa yaxınlaşır və bu ilki il keçid ilidir
Mamuka Baxtadze - bu il, cürətlə bəyan edə bilərək ki, Asiya böcəyi probleminin həlli sona çatmağa yaxınlaşır və bu ilki il keçid ilidir

Biz, bu il cürətlə bəyan edə bilərək ki, Asiya böcəyi probleminin həlli sona çatmağa yaxınlaşır və bu ilki il keçid ilidir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Zuqdididə, fındıq toplayan istehsalçı fermerlər ilə görüşü zamanı bəyan etdi.

Hökumət başçısının dediyinə görə, məhsulun təhvil verilməsi prosesi uğurla həyata keçirilir və fermerlər bu il yüksək gəlir alacaqlar.

Baş nazir ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı perspektivləri barəsində danışdı.

“Mən opponentlərimizin, bu günə kimi davam edən tənqidini xatırlayıram ki, sanki Gürcüstanda kənd təsərrüfatının perpektivi yoxudur. Dostlər, gəlin asan statistikanı xatırlayaq. 6 il bundan əvvəl kənd təsərrüfatı ilə ticarətdə çatışmazlıq 900 milyon idi. Gürcüstanda kənd təsərrüfatının demək olar ki, bir milyardlıq defisiti var idi. İllər ərzində düzgün olmayan, effektsiz siyasət, bu önəmli sahənin zəifləməsinə səbəb oldu. Bu gün, 6 ildən sonra biz bacardıq ki, bu çatışmamazlıq 300 milyonadək ensin və bu böyük tərəqqidir. Biz defisiti üç dəfə azaltdıq. Asiya böcəyi problemi olmasa idi, əminəm ki, bu göstəricini sıfıra endirəcəkdik”, – Baxtadze bəyan etdi.

Şərh yaz