Mamuka Baxtadze - Bizim əsas məqsədlərimizdən biri odur ki, pedaqoq professiyası Gürcüstanda prestijli və dəyərli olsun
Mamuka Baxtadze - Bizim əsas məqsədlərimizdən biri odur ki, pedaqoq professiyası Gürcüstanda prestijli və dəyərli olsun

Təhsil bizim milli ideyamızdır, azadlığa və güclü, demokratik bir ölkənin formalaşmasına doğru gedən yolumuzdur, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze, “Müəllim – Avropaya doğru aparan yol” adlı seminarın açılışında çıxış edərkən verdi.

Seminar bugün Avropa günləri çərçivəsində, dövlət mərasimlər sarayında açıldı.

Mamuka Baxtadze müəllimlərin maaşı haqqında danışdı və qeyd etdi ki, pedaqoq professiyasına Gürcüstanda dəyər verilməlidir.

“Müəllimlərin maaşlarının orta səviyyədən az olduğunu görmək mənim üçün çox ağırdır.

Məlum olduğu kimi, parlamentdə mənim təşəbbüsüm ilə daxil edilən layihə müzakirə olunur, hansına əsasən, təhsil sahəsinə daha çox maliyyə ayrılacaq və müəllim professiyasına ölkədə daha çox dəyər veriləcək” – dedi Mamuka Baxtadze.

Şərh yaz