Mamuka Baxtadze - Biz təsdiq etdik ki, Gürcüstan Avropadan daha artıq keyfiyyətdə inteqrasiya almağa layiqdir və hazırdır
Mamuka Baxtadze - Biz təsdiq etdik ki, Gürcüstan Avropadan daha artıq keyfiyyətdə inteqrasiya almağa layiqdir və hazırdır

Gürcüstan layiq olmaqla yanaşı, Avropadan daha artıq keyfiyyətdə inteqrasiya almaq imkanına sahibdir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Brüsseldə, “Şərq Partnyorluğunun” 10 illik yubileyinə həsr olunan konfransdan sonra, jurnalistlərlə söhbət edərkən verdi.

İqtidar başçısının dəyrləndirməsinə görə, hərkəs qəbul edir ki, Gürcüstan “Şərq Partnyorluğunun” bütün ölkələrindən daha müvəffəqiyyətlidir.

“Bunlara əsasən, Avropalı kolleqalarımızla danışıb, bəyan etməliyik ki, Gürcüstan layiq olmaqla yanaşı, Avropadan daha çox şeyləri almaq imkanına sahibdir. Əlbəttə ki, bu məsələ ilə bağlı Avropalı həmkarlarımızdan da müsbət reaksiya alırıq.

Bununla yanaşı, biz bugün “Avropaya doğru yolçuluq” adlı əhəmiyyətli sənədi təqdim etdik. Əsas odur ki, bizə qarşı münasibət müsbətdir və hərkəs qeyd edir ki, Gürcüstan “Şərq Partnyorluğunda” ən öndər ölkədir” – dedi baş nazir.