Mamuka Baxtadze - bir neçə günə Kobi-Qudauri tarixi əhəmiyyətli sürətli magistralın layihəsi imzalanacaq və ilin sonuna qədər başalanılacaq
Mamuka Baxtadze - bir neçə günə Kobi-Qudauri tarixi əhəmiyyətli sürətli magistralın layihəsi imzalanacaq və ilin sonuna qədər başalanılacaq

Bizim üçün, infrastrukturun inkişafı əhəmiyyətli prioritetdir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin altı aylıq hesabatının təqdimatında nitqlə çıxış edərkən bəyan etdi.

Baş nazirin dediyinə görə, cari layihə tarixi əhəmiyyətlidir.

“Bizim üçün, infrastrukturun inkişafı əhəmiyyətli prioritetdir və bunun üç əsas istiqaməti var. Birincisi, ölkəmizin nadir tranzit və turist potensialını sonuna qədər mənimsəyək. İkincisi, yolun vaxtını azaldaq və onu daha da rahat və təhlükəsiz edək. Üçüncüsü və ən əsası, bu effektli vasitədir ki, yoxsulluqla mübarizə aparaq”, – Baxtadze bəyan etdi.

Onun dediyinə görə, infrastrukturun inkişafı imkan verir ki, iqtisadiyyat daha da rəqabətli olsun.

Baş nazir çıxışında iki layihəyə diqqət yetirdi – Rikoti aşırımı və Kobi-Qudauri sürətli magistralı.