Mamuka Baxtadze - biliyə əsaslanmış iqtisadiyyat və insan kapitalının inkişafı hökumətimizin tam prioritetidir
Mamuka Baxtadze - biliyə əsaslanmış iqtisadiyyat və insan kapitalının inkişafı hökumətimizin tam prioritetidir

Biliyə əsaslanmış iqtisadiyyat və insan kapitalının inkişafı hökumətimizin tam prioritetidir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze “Dünya və Gürcüstan 2019-cu ildə” adlı iqtisadi konfransında nitqlə çıxış edərkən bəyan etdi.

Onun dediyinə görə, əgər təhsil sahəsinə miqyaslı sərmayələr yatırılmadısa, Gürcüstan, inkişaf etmiş iqtisadiyyat ölkələri arasına heç bir zaman düşə bilməyəcək.

“Bizim üçün, bir ölkə kimi, əsas aktiv bizim ictimaiyyətimiz, bizim insanlarımızdır. Mən dəfələrlə qeyd etmişəm ki, apardığımız iqtisadi siyasətlə, yoxsulluğu azalda biləcəyik. Lakin, əgər təhsil sahəsinə miqyaslı sərmayələr yatırılmadısa, Gürcüstan, inkişaf etmiş iqtisadiyyat ölkələri arasına heç bir zaman düşə bilməyəcək”, – Baxtadze bəyan etdi.

Gürcüstanın baş naziri nitqlə çıxış edərkən ölkənin iqtisadi irəliləyişi barəsində danışdı və bəyan etdi ki, son illər Gürcüstanda həyata keçirilən islahatlar öz nəticəsini verdi.

Mamuka Baxtadzenin dediyinə görə, inklüziv artım kiçik və orta biznesin inkişafı olmadan təsəvvüredilməzdir. Müvafiq olaraq, hökumətin prioriteti məhz elə, kiçik və orta biznesin inkişafıdır.

Nitqlə çıxışını başa çatdırdıqdan sonra, baş nazir konfransın təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirdi.