Mamuka Baxtadze - Bidzina İvanişvili həqiqətən presedentsiz qərarı səsləndirdi və onu bütün komanda dəstəkləyir
Mamuka Baxtadze - Bidzina İvanişvili həqiqətən presedentsiz qərarı səsləndirdi və onu bütün komanda dəstəkləyir

Bidzina İvanişvili həqiqətən presedentsiz qərarı səsləndirdi və onu bütün komanda dəstəkləyir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze “Gürcü Arzusunun” ofisində jurnalistlərə bəyan etdi.

“Sizə bildirmək istəyirəm ki, partiyanın sədri, Bidzina İvanişvili həqiqətən presedentsiz qərarı səsləndirdi. Sözsüz ki, komandamızda bu barədə müzakirələrimiz var idi və onu bütün komanda dəstəkləyir”, – Mamuka Baxtadze bəyan etdi.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası genişmiqyaslı siyasi islahatlar təşəbbüsünü irəli sürür. 2020-ci il Parlament seçkiləri proporsional sistem ilə və sıfır seçki bariyeri ilə keçiriləcək.