Mamuka Baxtadze bəyan edir ki, Çuberi kəndində təbii fəlakətdən zərər görən şəxslər hökümətdən kompensasiya alacaqlar
Mamuka Baxtadze bəyan edir ki, Çuberi kəndində təbii fəlakətdən zərər görən şəxslər hökümətdən kompensasiya alacaqlar

“Biz qısa müddətdə necə kəndin infrastrukturun bərpa edəcəyik və zərər görən hər bir ailəyə kompensasiya verəcəyik” – bu barədə bəyanatı təbii fəlakət zonasına gedən baş nazir Mamuka Baxtadze verdi.

Baş nazirin dediyinə görə, bərpa işləri çayda suyun səviyyəsinin azalmasından dərhal sonra başlayacaq və qısa müddətdə başa çatacaq.

Mamuka Baxtadze bəyan etdi ki, Gürcüstanda çox sayda çay var və hər birini yaxınlığındaki kəndlərdə də təhlükəsizlik tədbirləri görülməlidir.

“Təbii fəlakətin qarşısını ala bilmərik, ancaq onun prevensiyası üçün maksimal şəkildə əlimizdən gələni edə bilərik. Prevensiya tədbirlərindən biri olaraq, güclü yağış ehtimalı haqqında xəbərdarlıq edən avadanlıqlar montaj ediləcək” – dedi Mamuka Baxtadze.