Mamuka Baxtadze - Avroparlamentarlar Salome Zurabişviliyə qarşı aparılan kirli kampaniyayı biyabırçı adlandırdılar və Sovet İttifaqının diplomatının prezident postuna seçilməsinin qeyri-məqbul olduğunu bildirdilər
Mamuka Baxtadze - Avroparlamentarlar Salome Zurabişviliyə qarşı aparılan kirli kampaniyayı biyabırçı adlandırdılar və Sovet İttifaqının diplomatının prezident postuna seçilməsinin qeyri-məqbul olduğunu bildirdilər

Avroparlamentarlar Salome Zurabişviliyə qarşı aparılan kirli kampaniyayı biyabırçı adlandırdılar və Sovet İttifaqının diplomatının prezident postuna seçilməsinin qeyri-məqbul olduğunu bildirdilər, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Avroparlamentarlar tərəfindən verilən bəyanatları dəyərləndirərkən verdi.

Baş nazir qeyd etdi ki, gürcü xalqının tərəqqiyi və Avropa gələcəyini seçəcəyindən əmindir.

“Gürcüstana dəstək verilməsinə paralel olaraq, Avroparlamentarlar qadın prezident namizədinə qarşı aparılan kirli və təhqir edici kampaniyanın biyabırçı olduğunu da bildirdilər.

Bizim həqiqi dostlarımız xəbərdarlıq etdilər ki, Sovet İttifaqı diplomatının prezident postuna seçilməsi qeyri-məqbuldur.

Əlbəttə ki, gürcü xalqına inanıram və əminəm ki, ölkə prezidenti vəzifəsinə Sovet diplomatı seçilməyəcək. Gürcü xalqının Avropa ailəsinə qayıtmasını təbrik etmək istəyirəm” – dedi Baxtadze.

Xatırladaq ki, Avroparlamentdə keçirilən debatlar zamanı, avroparlamentar Ana Qomeş Gürcüstanda qadın prezident namizədinə qarşı verilən təhqirli və mizogin bəyanatlarının Gürcüstanın imici üçün mənfi ola biləcəyini vurğuladı.

Debatlar zamanı, Rumıniyalı diplomat Viktor Boştinaru isə, bəyan etdi ki, “Milli Hərəkatın” namizədi, pro-rus olduğu üçün prezident postu üçün qeyri-məqbuldur.