Mamuka Baxtadze - Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün daha çox şey edilə bilər
Mamuka Baxtadze - Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün daha çox şey edilə bilər

Xəzər Dənizinin resurslarından yetəri qədər istifadə etmirik, halbuki Avropanın enerji təhlükəsizliyi üçün daha çox şey edə bilərik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Avropa Şurasının Parlament Assambleyasında deputatların sullarını cavablandırarkən verdi.

Deputatlardan biri belə sual verdi: Müstəqilliyin bərpasından sonra, Gürcüstan və Azərbaycan tarixi dostluqlarını daha da gücləndirdilər. Həmçinin, onların arasında regional əhəmiyyət daşıyan layihələr həyata keçirildi. Bugün Türkiyə ilə də əməkdaşlığınız davam edir. Sizcə bu ölkələr Avropanın enerji təhlükəsizliyi üçün hansı qatqıları edə bilərlər?

“Azərbaycan Gürcüstanın strateji partnyorudur və bizim həqiqətən də nəhənq birgə layihələrimiz var. Düşünürəm ki, biz yenə də Xəzər Dənizinin resurslarından kifayət qədər istifadə edə bilmirik və bu baxımdan daha çox iş görə bilərik. Bu haqda Avropalı həmkarlarımızla da danışıqlar aparırıq. Bakı-Tbilisi-Ceyhan layihəsinin daha çox enerji işlətmək imkanı var. Əgər bu imkanlardan daha geniş şəkildə istifadə edə bilsək mən şəxsən çox şad olaram” – dedi Mamuka Baxtadze.