Mamuka Baxtadze - "Anaklianın inkişaf konsorsiumunun" öhdəliklərini hökümət təxirə salacaq və bu məsələ növbəti hökümət iclaslarında müzakirə olunacaq
Mamuka Baxtadze - "Anaklianın inkişaf konsorsiumunun" öhdəliklərini hökümət təxirə salacaq və bu məsələ növbəti hökümət iclaslarında müzakirə olunacaq

“Anaklianın inkişaf konsorsiumunun” öhdəliklərini hökümət təxirə salacaq və bu məsələ növbəti hökümət iclaslarında müzakirə olunacaq. Gürcüstana qayıtdıqdan sonra, növbəti həftə bu məsələnin müzakirəsi üçün hökümət iclası keçiriləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze “İmedi” kanalının efirində, Anaklia limanı ilə bağlı suallarl cavablandırarkən verdi.

Dövlət başçısının dediyinə görə, konsorsium tərəfindən öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı dialoq və komunikasiya davam edəcək.

Baş nazir bəyan etdi ki, bu layihəyi iqtidar dəstəkləyir və hər bir tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, layihə həyata keçiriləcək.

Şərh yaz