Mamuka Baxtadze - 2022-ci ildə böyük müəllimlərin maaşı 1700 lariyə, aparıcı müəllimlərin 2150 lariyə, mentor müəllimlərin isə, 2450 lariyə çatacaq
Mamuka Baxtadze - 2022-ci ildə böyük müəllimlərin maaşı 1700 lariyə, aparıcı müəllimlərin 2150 lariyə, mentor müəllimlərin isə, 2450 lariyə çatacaq

Təhsil sisteminin islahatı kifayət qədər ağrılı məsələnin həllinə aiddir və ən başlıcası pedaqoqların səlahiyyətinin təsdiqi və onların statusunun yüksəldiməsinə müvafiq olaraq maaşın artırılmasıdır, – bu barədə baş nazir, Mamuka Baxtadze pedaqoqlarla görüşü zamanı bəyan etdi.

O, açıqladı ki, təhsil islahatı beş səviyyəni əhatə edir – məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili, ali təhsil və elm.

“Hər beş istiqamət bizim üçün prioritetdir, lakin onu da yaxşı bilirik ki, istənilən təhsil islahatının uğuru, orta təhsil üzərində durur. Məktəb ölkənin güclüyünün təməl daşıdır”, – baş nazir qeyd etdi.

Onun dediyinə görə, islahatın nəzərdə tutduğu yeni yanaşmalarda, müəllimin önəmli rollardan biri var. Buna görə, ilk addımlardan biri müəllimlərə aiddir.

Elə onun dediyinə görə, əmək haqqı ən ağrılı məsələlərdən biri idi.

Baş nazirin açıqlamasına görə, pedaqoqlardan başqa, maaşlar resurs mərkəzlərinin əməkdaşlarının və məktəb administrasiyasının nümayəndələrinin də artırılacaq.

“Xüsusilə qeyd etmək istəyirəm ki, maaşlar hər il artacaq və 2022-ci ildə böyük müəllimlərin maaşı 1700 lariyə, aparıcı müəllimlərin 2150 lariyə, mentor müəllimlərin isə, 2450 lariyə çatacaq”, – Baxtadze bəyan etdi.