Maxata Dağında gürcü hərbiçiləri və onların ailə üzvləri üçün yeni məhəlləninin tikintisinə başlanıldı
Maxata Dağında gürcü hərbiçiləri və onların ailə üzvləri üçün yeni məhəlləninin tikintisinə başlanıldı

Maxata Dağında gürcü hərbiçiləri və onların ailə üzvləri üçün yeni məhəlləninin tikintisinə başlanılır. Layihənin təqdimatını baş nazir Mamuka Baxtadze bu gün Müdafiə naziri ilə birlikdə keçirdi.

Layihə dövlətin həmmaliyyləşdirilməsi ilə həyata keçiriləcək.

Baş nazirin qeyd etdiyinə görə, Gürcüstanın layiqli övladlarının – hərbi xidmətçilərinin müvafiq şəraitlə təmin edilməsi xüsusi il əhəmiyyətlidir.

İlk mərhələdə layihəyə 700-ə qədər ailə qatılacaq. Gələcəkdə isə, bu rəqəm 2000-ə qədər artacaq.

Baş nazir həbçiləri Müdafiə Qüvvələri Günü münasibətilə təbrik etdi. Hökumət başçısı onlara minnətdarlığını bildirdi və qeyd etdi ki, onların tərəqqisi önəmlidir.

Hərbiçilər üçün yeni məhəllə Müdafiə Nazirliyinin balansında olan ərazidə tikiləcək. Yaşayış sahələrinin tikintisi “dostluq” prinsipi ilə yerinə yetiriləcək və mənzilin 40 faizini dövlət ödəyəcək.