Maxail Saakaşvili - Gürcüstan Kilsəsində inkişaf edən hadisələri böyük ürək ağrısı ilə müşahidə edirəm
Maxail Saakaşvili - Gürcüstan Kilsəsində inkişaf edən hadisələri böyük ürək ağrısı ilə müşahidə edirəm

Gürcüstan Kilsəsində inkişaf edən hadisələri böyük ürək ağrısı ilə müşahidə edirəm, kim nə desə də, bunların hamısı Bidzina İvanişvilinin dərk edilməmiş siyasətinin birbaşa nəticəsidir, – bu barədə Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvili sosial şəbəkədə yaydığı videomüraciətində bəyan etdi.

“Məhz elə Bidzina İvanişvili bizim dəyərlərimizi, bizim kilsəmizi, dinimizi, dövlət intitutlarını ayaq altında taptaladı, hər şeyi məhv etdi, xalqı bir birınə qarşı çıxardı, bunun fonunda Gürcüstanı talan və məhv edir. Ölkənin xilas edilməsi məqsədi yalnız birdir, yeganə çıxış yolu – oliqarxın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Gürcüstanda mütləq sabah açılmalıdır”, – Mixail Saakaşvili bəyan etdi.

Şərh yaz