Maçavarini küçəsi və Marşal Qelovani prospektini birləşdirən yolun inşası çərçivəsində, avtomobil hərəkəti qismən məhdudlaşdırldı
Maçavarini küçəsi və Marşal Qelovani prospektini birləşdirən yolun inşası çərçivəsində, avtomobil hərəkəti qismən məhdudlaşdırldı

Maçavarini küçəsi və Marşal Qelovani prospektini birləşdirən yolun inşası çərçivəsində, avtomobil hərəkəti 31 mart da daxil olmaqla, qismən məhdudlaşdırldı, – bu barədə məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, layihə çərçivəsində, Maçavariani küçəsində, “112” binasından Vaşlicvari tərəfə “BP” yanacaqdoldurmə məntəqəsinə qədər olan yol hissəsində, maqistral su borusu və yolun reabilitasiya işləri planlaşdırılıb.

“İnfrastruktur işlərinə görə, cari ilin 20 yanvardan 31 marta qədər, Maçavariani küçəsinin qeyd olunan hissəsində avtomobil hərəkəti birtərəfli mümkün olacaq, Nutsubidze platosundan Vaşlicvari istiqamətinə.

Tbilisi Meriyası yaranmış narahatçılığa görə, üzr istəyir”, – Meriyanın bəyanatında deyilir.