Macarıstan Gürcüstana MAP-ın dərhal verilməsinin tərəfdarıdır
Macarıstan Gürcüstana MAP-ın dərhal verilməsinin tərəfdarıdır

NATO-nun qeyri-üzv ölkələri arasında Gürcüstan bir nömrəli kontribyutordur. NATO-nın həyata keçirdiyi əməliyyatlara etdiyiniz qatqıyı müsbət dəyərləndiririk, – bu bəyanatı Macıstanın Xarici İşlər Naziri Piter Siiarto Birinci Kanala verdi.

Onun dediyinə görə, Macarıstan NATO və Avropa İttifaqının genişləndirilməsinin tərəfdarıdır.

“Mən bu sualla öz həmkarlarıma müraciət edirəm və çox maraqlanıram, alyansın qeyri-üzv ölkəsindən yenə nəyi gözləyrlər? Gürcüstana mütləq layiq olduğu mükafat verilməlidir. Biz Gürcüstana dərhal MAP-ın verilməsini dəstəkləyirik. Macarıstan tərəfindən tam dəstəyiniz var.

Əminəm ki, Varşava sammiti xatırlayırsınız, Macarıstan orada da bildirmişdi ki, Gürcüstana MAP-ın verilməsini istəyir. Bu 2016-cı ildə idi və düşünürəm ki, ondan sonra boşuna iki il itdi” – dedi Macarıstanın Xarici İşlər Naziri.