Luiza Vinton - düşünürük çox yaxşıdır ki, Pankisi dərəsində konfrontasiyanı danışıqlar əvəz etdi, müsbət nəticələri gözləyirik
Luiza Vinton - düşünürük çox yaxşıdır ki, Pankisi dərəsində konfrontasiyanı danışıqlar əvəz etdi, müsbət nəticələri gözləyirik

İnsanların etiraz etməyə hüquqları var, lakin zoraklıq olmadan. Əks təqdirdə polis işçiləri təhlükəsizliyi təmin etməyə borcludurlar. Bu bəyanatı BMT-nin Gürcüstandakı səfiri, Luiza Vinton verdi.

Onun qeyd etdiyinə görə, infrastruktur tikinti və əhalinin cəhdi ki, yaşıllıq qorunub saxlanılsın, balanslaşdırılmış olmalıdır.

Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.

Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirdilər.

Elə onun qeyd etdiyinə görə, tikinti, əhalinin 90 faizinin dəstəklədiyi təqdirdə davam etdiriləcəkdir.

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində polis işçilərinə hücum və polis texnikasının zədələnməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima və 187-ci maddəsi ilə istintaqa başladı.