Lonely Planet - pandemiyadan sonrakı dövrdə Gürcüstan rəqəmsal və turist istiqaməti mərkəzi kimi formalaşır
Lonely Planet - pandemiyadan sonrakı dövrdə Gürcüstan rəqəmsal və turist istiqaməti mərkəzi kimi formalaşır

Dünyada populyar “Lonely Planet” turist platforması Gürcüstan hökumətinin “Gürcüstandan məsafədən işlə” yeni layihəsi barəsində məqalə və videoçarx dərc etdirir.

Yeni layihə çərçivəsində Gürcüstan hökuməti beyxəlxalq vizitorlara ölkədə altı aydan artıq yaşama hüququnu təklif edir.

Məqalənin gürcü dilində tərcüməsini Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyası yayır.

Məqalədə qeyd olunub ki, Gürcüstan məsafədən işləyən şəxslərə uzunmüddətli qalmaq imkanını verir. Onlar onlayn applikasiya doldurmalıdırlar və təsdiqi qəbul etməlidirlər. Gəldikdən sonra vizitorlar öz xərcləri ilə 14 günlük karantində qalmalı olacaqlar.