"Liverpul" Salah ilə müqavilənin davam etdirilməsinə tələsmir
"Liverpul" Salah ilə müqavilənin davam etdirilməsinə tələsmir

İngiltərə çempionu “Liverpul” forvard Salah ilə müqavilənin davam etdirilməsinə tələsmir.

“Qardian” qəzetinin yaydığı məlumata görə, bu gün üçün klub rəhbərliyi bu məsələni prioritetli hesab etmir.

Misirli futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə 28 yaşlı futbolçu bütün turnirlərdə 25 matç keçirdi, 17 qol vurdu və dörd nəticəli pass ötürdü.