Livanda partlayış nəticəsində ölənlərin sayı 113-ə qədər artdı
Livanda partlayış nəticəsində ölənlərin sayı 113-ə qədər artdı

Livanın paytaxtı, Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 113-ə qədər artdı.

Məlumatı “BBC” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Medianın məlumatına görə, bir çox insan hələ də itkin düşmüş hesab edilir. Partlayış nəticəsində ən azından 4 minə qədər insan xəsarət alıb.

Livanın paytaxtı, Beyrutda partlayış 4 avqustda baş verdi.