Litva Xarici İşlər naziri - Rusiya Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü yenə də pozur
Litva Xarici İşlər naziri - Rusiya Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü yenə də pozur

Rusiya Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü yenə də pozur, – bu barədə Litvanın Xarici İşlər naziri, Qabrielius Landsberqis ATƏT-in 28-ci ministerialında nitqlə çıxış edərkən bəyan etdi.

Litva Xarici İşlər nazirinin dediyinə görə, təşkilat daxilində konsesusun olması əhəmiyyətlidir, lakin Rusiyanın hərəkətləri konsusa nail olmağı çətinləşdirir.

“ATƏT-in ministerialı təhlükəli bir vaxtda keçirilir. Biz bu təşkilatda konsesus barəsində və onun barəsində söhbət edirik ki, onun qorunub saxlanılması nə qədər vacibdir. Deyək konsesu nə barəsində və kim arasında faydalı olar. Konsesusun bir tərəfində Rusiyanın hərbi qüvvələri Ukrayna sərhədində toplaşır və artıq mövcud gərginlik çətinləşir. Rusiya Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü yenə də pozur. Mülki məkanlar Rusiyanın özündə də azalır. Yerli QHT-ləri xari agentlər kimi elan etdilər, azad medianı susdurdular, mülki cəmiyyət qruplarını və dini qrupları terror təşkilatları kimi elan etdilər. Bunu ATƏT-in üzv ölkəsi edir. Bu fərqli yanaşmalar arasında optimizmin azlığına görə məni bağışlayın”, – Landsberqis bəyan etdi.